Doğuş faciəyə ÇEVRİLƏNDƏ... – Ana və körpə ölümlərinin sayı NİYƏ ARTIR?

Hazırda oxunan: Doğuş faciəyə ÇEVRİLƏNDƏ... – Ana və körpə ölümlərinin sayı NİYƏ ARTIR?

Doğuş zamanı ana və uşaq ölümlərinin sayı artır. Səhiyyə təşkilatı düzgün işləməsə də ana ölümlərinin icazə veriləcəyi bilinmir. Ginekoloq Rəşad Sultan və Nuranə Daxilqızı söhbət ediblər

208751

Doğuş zamanı ana və uşaq ölümlərinin sayı günbəgün artır. Heç kimin canı ölümə qarşı sığortalanmayıb. Ancaq peşəkar, işini məsuliyyətlə icra edən həkim ağır doğuşda ananı da, uşağı da xilas edə bilər.

Vəziyyət ölkəmizdə də ürəkaçan deyil. Belə ki, ötən il hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı son 13 ilin ən yüksək pilləsinə çatıb.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ildə doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub.

Bu, Azərbaycan səhiyyəsinin problemidir, yoxsa günah öləndədir?

Ginekoloq Rəşad Sultan Bizim.Media-ya bildirib ki, bu, səhiyyənin düzgün təşkil olunmamasından qaynaqlanır:
 

MÖVZU İLƏ BAĞLI:

531 körpə ÖLÜMÜ - Uşaqlar hansı səbəblərə görə ölü doğulur?


“Ümumdünya səhiyyə təşkilatlarından bildirilir ki, doğuş zamanı ana və ya uşaq ölümü həmin ölkənin səhiyyə təşkilinin göstəricisidir. Bizdə də doğuş zamanı ana və uşaq ölümlərinin sayı günü-gündən artır. Doğuşda ana ölümünün tibbi nöqteyi-nəzərdən 3 əsas səbəbi var: qanaxma, infeksiya və tromembaliya (yəni qan laxtasının ağciyər və ürək damarlarını tutub xəstənin ölməsinə səbəb olması). Hansına görə ölüm faizi nə qədərdirsə, bu, ölkə səhiyyəsinin inkişaf səviyyəsinə görə dəyişir.

İnkişaf etməkdə olan ölkələrdə, həmçinin Azərbaycanda qanaxma birinci, infeksiya ikinci, tromembaliya üçüncü yerdə gəlir.

Tromembaliyanın üçüncü olması o demək deyil ki, bizdə buna rast gəlinmir. Sadəcə olaraq, qanaxma və infeksiyadan ölənlər o qədər çoxdur ki, tromembaliya üçüncü yerdə dayanır. İnkişaf edən ölkələrdə isə isə tromembaliya ölüm səbəbi kimi birinci yerdə gəlir. Çünki tromembaliya olan adam ölür. Amma onlar artıq qanaxma və infeksiyanın qarşısını almağın yollarını tapıblar.

Hər bir halda, qanaxmanın qarşısını almaq üçün təcrübəli cərrahi briqada olmalıdır.

Əslində ümumiyyətlə, qanaxmanın olmaması üçün riskli hamilələri xüsusi mərkəzlərdə doğuş etdirmək lazımdır. Bizdə də guya regionlarda perinatal mərkəzlər var. Amma bu mərkəzlərdə adlarına layiq iş təşkil olunurmu, qanaxmaya vaxtında cərrahi müdaxilə edə bilən cərrahi briqada varmı, onu deyə bilmirəm.

Yəni birincisi, riskli hamilələr kəndlərdə deyil, xüsusi perinatal mərkəzlərdə doğuzdurulmalı, ikincisi, o mərkəzlərdə qanaxmanı dayandıra biləcək cərrahi briqada olmalı, üçüncüsü və ən önəmlisi isə qan və qan əvəzediciləri vaxtında tədarük edilməlidir.

Qanaxma dayandırıldıqdan sonra xəstənin doğru şəkildə reanimasiyaya yerləşdirilməsi də önəmlidir.

Reanimasiya ayrıca bir elmdir. Bizdə reanimasiya dedikdə elə bilirlər ki, xəstəni 3 gün aparata qoşurlar və iş bitir. Burda turşu-qələvi münasibəti, elektrolik mübadiləsi və s. var. Hansı mərkəzimizdə bu faktorlar (qanəvəzedicilərin tədarükü və reanimasiya) təşkil olunur? Əslində bizdə yaxşı cərrahlar, ginekoloqlarr var, amma xəstənin onlara vaxtında çatması önəmli məsələdir. Çoxu ana ölümündən danışanda həkimləri savadsız və qeyri-peşəkar adlandırır. Məsələ yaxşı həkimlərə ağır xəstənin vaxtında çatdırılmasındadır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin