Musiqi məktəblərinə qəbul olunan şagirdlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti uzadıldı

Hazırda oxunan: Musiqi məktəblərinə qəbul olunan şagirdlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti uzadıldı

Mədəniyyət Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün musiqi məktəblərinə qəbul olunan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qeydiyyat müddəti avqustun 31-dək uzadılıb. Simfonik orkestr alətləri və milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz ixtisas yerləşdirmədə iştirak edə bilərlər.

208617

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024-2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 min nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti avqustun 31-dək uzadılıb.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla (violonçel, kontrabas, arfa, fleyta, qoboy, klarnet, faqot, saksofon, truba, trombon, valtorna, zərb alətləri, balaban, qanun, saz) ixtisasları üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər.

Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin