Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Xocalı rayonu Malıbəyli kəndində qapı-pəncərə sexində çalışan 1981-ci il təvəllüdlü H.N-ə Cinayət Məcəlləsinin 228.4-cü (Qanunsuz silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə hökm oxunub.
Xankəndi Şəhər Məhkəməsində keçirilən prosesdə H.N bildirib ki, silah hesab edilən “Kalaşnikov” avtomatının süngü-bıçağını Malıbəylidən Xankəndiyə bazarlıq etməyə gedərkən təsadüfən tapıb.
Polis əməkdaşları şəhərin girişindəki postda avtomobilləri yoxlayarkən ön oturacağın altında gizlədilmiş əşyanı tapıblar və faktla bağlı cinayət işi açılıb.
Xankəndi Şəhər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə ona qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il islah işləri cəzası verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:16 / 27.08.2024
Xankəndi məhkəməsi bu şəxsə CƏZA VERDİ
Hazırda oxunan: Xankəndi məhkəməsi bu şəxsə CƏZA VERDİ
Hazırda oxunan: Xankəndi məhkəməsi bu şəxsə CƏZA VERDİ
Xankəndi məhkəməsi bu şəxsə CƏZA VERDİ. Bu ilin 11 may tarixində Xankəndi şəhərində tapdığı soyuq silahı gizlədərək aparmaq istəyən şəxs cinayət məsuliyyətinə cəlb edilib.
208596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.