Sərsəng su anbarının peykdən çəkilən FOTOSU

Hazırda oxunan: Sərsəng su anbarının peykdən çəkilən FOTOSU

Sərsəng su anbarının su səthində rekord artım olduğu bildirildi. Azərkosmosun verdiyi məlumata görə, son 10 ildə su səhinin sahəsi 1065 hektara çatmışdır. Sərsəng su anbarı Qarabağın strateji əhəmiyyətə malikdir və ətraf bölgələr üçün önəmlidir.

208572

Zəngin su ehtiyatlarına malik Qarabağın Sərsəng su anbarının səthinin sahəsində əvvəlki illərlə müqayisədə bu il rekord səviyyədə artım olub.

"Azərkosmos"dan Bizim.Media-ya verilən məlumata görə, 2014-2023-cü illər ərzində anbarın su səthində müəyyən artma-azalma olsa da, 2024-cü ilin peyk təsvirlərinin analizləri son 10 il ərzində su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir.
 

Uzun illər mənfi ekoloji təsirə məruz qalmış Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər. Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir.


Qeyd edək ki, Azərkosmos tərəfindən ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə davamlı olaraq təhlillər aparılır.

Xatırladaq ki, 26 fevral 1993-cü ildə ermənilər Sərsəng su anbarının ətrafını tutmaqla, Tərtər–Kəlbəcər yolunu kəsib. 19 sentyabr 2023-cü il antiterror əməliyyatları nəticəsində azad olunub. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev su anbarında Azərbaycan bayrağını qaldırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin