Klassik avtomobillər Bakı küçələrini və ziyarətçilərin könlünü fəth etdi – FOTO

Hazırda oxunan: Klassik avtomobillər Bakı küçələrini və ziyarətçilərin könlünü fəth etdi – FOTO

Klassik avtomobillər Bakı küçələrini və ziyarətçilərin könlünü fəth etdi – FOTO Ötən gün paytaxtda keçirilən daha bir festival böyük marağa səbəb olub. Söhbət sözün əsl mənasında unikallığı ilə seçilən klassik avtomobillərin sərgisindən gedir.

208469

Ötən gün paytaxtda keçirilən daha bir festival böyük marağa səbəb olub. Söhbət sözün əsl mənasında unikallığı ilə seçilən klassik avtomobillərin sərgisindən gedir.

Qeyd edilən festival Azərbaycan Avtomobil Federasiyası (AAF), Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və “Dreamland Golf Club”un təşkilatçılığı, “Nazar Holding”in baş sponsorluğu ilə keçirilib. Burada dəbdəbəli köhnə avtomobillər hər yaşda olan ziyarətçilərin gözünü oxşayıb, insanlar “retro bayram” ab-havası ilə qiyabi də olsa, keçmişə səyahət ediblər.




Bakının küçələrini bəzəyən klassik nəqliyyat vasitələri təkcə həvəskarların və ziyarətçilərin maraq obyektində olmayıb, həm də şəhər sakinləri və paytaxtımızın qonaqları festivaldan zövq ala biliblər. Necə deyərlər,  Azərbaycan Avtomobil Federasiyası bu nadir festivalla hər kəsi heyrətləndirib. Qeyd etmək lazımdır ki, hər ölkədə  klassik maşın kolleksiyasına rast gəlmək mümkün deyil. Bu baxımdan, Azərbaycan Avtomobil Federasiyası unudulmaz layihələrdən birinə imza atıb desək, yanılmarıq.




Bildirək ki, klassik avtomobillərin yürüşünə 1984-cü ilədək istehsal olunan avtomobillər qatılıb. Onların arasındakı ən qədim nəqliyyat vasitəsi 1929-cu ildə istehsal edilən “Mercedes Benz Gazelle” da olub. Bununla yanaşı, yürüşdə müxtəlif illərin bir-birindən unikal retro maşınları tamaşaçılarda nostalji hisslər yaradıb.


Dənizkənarı Milli Parkdan start götürən klassik avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüş ediblər. Sözügedən nəqliyyat vasitələri Dənizkənarı Bulvar - Neftçilər Prospekti -Ağ Şəhər-Heydər Əliyev Mərkəzi - Heydər Əliyev Prospekti - Hava limanı yolu- Zığ şossesindən keçməklə “Dreamland Golf Club”da finiş nöqtəsinə çatıblar. Marşrutun sonunda “Dreamland Golf Club”da klassik avtomobillərin sərgisi keçirilib. Hər kəs həmin avtomobillərin qarşısında gözəl foto çəkdirib, retro nəqliyyat vasitələrinin tarixi, özəllikləri ilə daha yaxından tanış olmaq imkanı qazanıb.  “Ən qədim avtomobil”, “Ən unikal avtomobil” və “Ən rəngarəng geyim” nominasiyalarında qaliblər seçilərək mükafatlandırılıb.




Klassik avtomobillərin sərgisi xüsusi qonaqları ilə seçilib. Belə ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov digər tanınmış şəxslər iştirak ediblər. (Mənbə: sfera.az)






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin