“Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.29%)”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
DİM sədri qeyd edib ki, burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir:
“Ən çox subbakalavr (3549 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 3053 nəfər qəbul olunub. I, III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.37%, 97.38%, 89.96% və 92.20% dolub.
Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Nuranə Daxilqızı, Bizim.Media