Bu gün tarixçi professor, deputatlığa namizəd Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.
Bizim.Media xəbər verir ki, modern.az saytı Nəsiman Yaqublunun ölümü barədə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə əlaqə saxlayıb.
O, xəbəri ilk dəfə eşitdiyini bildirib və həmin an "Nə danışırsan, o, mənim canım-ciyərim idi" deyərək göz yaşlarını saxlaya bilməyib.
N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib.
Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza bu gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində Zəngilandan seçiciləri ilə görüşdən qayıdarkən baş verib.
Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:23 / 25.08.2024
Nəsiman Yaqublunun ölümü Rais Rəsulzadəni AĞLATDI
Hazırda oxunan: Nəsiman Yaqublunun ölümü Rais Rəsulzadəni AĞLATDI
Hazırda oxunan: Nəsiman Yaqublunun ölümü Rais Rəsulzadəni AĞLATDI
208359
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.