BİZİM TƏQVİM: 26 avqustda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 26 avqustda dünyada nələr olub?

BƏS, avqustun 26-da dünyada daha hansı hadisələr baş verib? Tarixdə bu gün nələr olub, kimlər anadan olub və kimlər vəfat etmişdir? Əyləncəli və maraqlı faktlar.

208358

26 avqust 837-ci ildə ərəb xilafəti ilə on illiklər boyu mübarizə aparan Xürrəmilərin son sığınacağı olan Bəzz qalası süqut edib.

Bəs, avqustun 26-da dünyada daha hansı hadisələr baş verib?

1. 26 avqust 1071-ci ildə Sultan Alparslan komandirliyindəki Səlcuqlu orduları Malazgirtdə Bizans ordularını məğlub edib.

2. 1789-cu ilin 26 avqustunda Fransa Məclisi “İnsan və Vətəndaş Haqları Bəyannaməsi”ni qəbul edib.

3. 26 avqust 1918-ci ildə Azərbaycan Demokratik Respublikası və Osmanlı orduları ilə Böyük Britaniya və Bakı kommunasının silahlı qüvələri arasında Bakı uğrunda vuruşlar başlayıb.

4. 1920-ci ilin 26 avqustunda ABŞ-da qadınlara seçkilərdə iştirak etmək hüququ verən konstitusiya düzəlişi qüvvəyə mindi.

5. 26 avqust 1921-ci ildə baş komandir Mustafa Kamal Paşa Sakarya Meydan müharibəsində tarixi göstərişini verdi: “Xətti müdafiə yoxdur, səthi müdafiə vardır. O səth bütün vətəndir”.

6. 26 avqust 1922-ci ildə Türkiyənin Qurtuluş Müharibəsinin Böyük Hücumu start götürdü.

7. 26 avqust 1936-cı il tarixində İngiltərə ilə qəbul edilən razılaşma nəticəsində Süveyş kanalını çıxmaqla- Misir müstəqilliyinə qovuşdu.

8. 26 avqust 1936-cı ildə İngiltərənin yayım qurumu “BBC” ilk televiziya yayımını başladı.

9. 26 avqust 1957-ci ildə İlk tranzistorlu radio satışa çıxdı.

10. 2014-cü ilin bu günündə Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışı olub. Açılış mərasimində Prezident İlham Əliyev iştirak edib. Muzeyin binasını tanınmış avstriyalı memar Frans Yants layihələndirib. Hazırda muzeyin sərgi və fondlarında 13 min 300-dən çox eksponat və əşya saxlanılır.

11. Avqustun 26-sı 11. Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiqləyir. Xatırladaq ki, muğam və tar ifaçılığı sənəti UNESCO-nun dünya mədəniyyətinin qeyri-maddi irsi siyahısına da daxil edilib.

26 avqustda bu tarixi şəxsiyyətlər xatırlanır.

1. 26 avqust 1964-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Mehriban Arif qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Mehriban Əliyeva 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs” jurnalını təsis edib.

O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

2. Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı, briqada komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1938-ci ildə sürgündə qətlə yetirilmişdir. (1895-1938)

3. 26 avqust 1892-ci ildə ictimai-siyasi xadim, publisist Seyid Cəfər Pişəvəri (1892 – 12.6.1947) anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib, Cənubi Azərbaycan Milli Hökumətinin baş naziri olub.

4. 26 avqust 1940-ci ildə Əməkdar artist, müğənni İdris Mehdiyev (1940 – 10.11.2015) doğulub.

5. 26 avqust 1983-ci ildə kinorejissor, Əməkdar incəsənət xadimi Arif Babayev (25.9.1928 – 1983) vəfat edib. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.

6. 26 avqust 2003-ci ildə Xalq artisti, tanınmış aktyor Həsən Məmmədov (22.11.1938 – 2003) vəfat edib. “Gün keçdi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin