Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT - FOTO

Hazırda oxunan: Siyəzəndə qardaş bacısını niyə öldürüb? - TƏFƏRRÜAT - FOTO

Siyəzən şəhərində yaşanan qardaş cinayəti ilə bağlı detalı məlumatlar. 21 yaşlı Səfər Mustafazadənin 28 yaşlı bacısı Şəbnəmi öldürməsi ilə bağlı olan hadisənin təfərrüatları məlum olub.

208293

Siyəzəndə baş verən qərl hadisəsinin bəzi təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, Siyəzən şəhər sakini, 21 yaşlı Səfər Mustafazadə 28 yaşlı bacısı Şəbnəm Mustafazadəni qısqanclıq zəminində öldürüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bacısını qətlə yetirən şəxsin cinayəti ilə bağlı İŞ AÇILDI


O, yaşadığı evdə bacısına cib bıçağı ilə ürək nahiyəsindən bir zərbə endirib və Şəbnəm yerindəcə keçinib.

Səfər Mustafazadə ağır hadisəni törətdikdən sonra Daxili İşlər Nazirliyinin "102" çağrı xidmətinə məlumat verərək bacısını öldürdüyünü bildirib.

Hadisə Mustafazadələr ailəsinin yaşadığı Siyəzən şəhərindəki Həzi Aslanov-2 ünvanında qeydə alınıb.

Qardaş əli ilə  həyatdan məhrum edilən Şəbnəm "Siyəzən broyler” ASC-də mühasib köməkçisi işləyirdi. Qətlin tam təfərrüatını Siyəzən rayon prokurorluğu araşdırır.

Siyəzən polisi isti izlərlə Səfər Mustafazadəni yaxalayıb və istintaqa təhvil verib.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin