Bacısını qətlə yetirən şəxsin cinayəti ilə bağlı İŞ AÇILDI

Hazırda oxunan: Bacısını qətlə yetirən şəxsin cinayəti ilə bağlı İŞ AÇILDI

208250

Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Siyəzən Rayon Prokurorluğundan Bizim.Media-ya  bildirilib ki, qəsdən adam öldürmə faktına görə cinayət işi başlanıb.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. 

Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin