Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirildi

Hazırda oxunan: Narkotik cinayətlərinə görə həbs edilən şəxslə bağlı valideynlərin iddialarına aydınlıq gətirildi

208233

Bəzi sosial şəbəkə səhifələrində Salyan rayon sakini Rəhman Axundovun valideynləri övladlarının təqsiri olmadığı halda həbs edilməsinə dair iddialar səsləndiriblər.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan apa-nın sorğusuna cavab olaraq bildirilib ki, R.Axundovun həbs edilməsinə dair səsləndirilən iddialar həqiqətdən uzaqdır və heç bir hüquqi əsası yoxdur. Həmin iddialar konkret olaraq narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətinə görə məsuliyyətə cəlb olunan R.Axundovun müdafiəsi məqsədindən irəli gəlir.

Belə ki, R.Axundov darə etdiyi "Prius" markalı nəqliyyat vasitəsilə tanışı Azər Caniyevlə birlikdə ötən il noyabrın 4-də narkotik vasitə götürmək üçün Siyəzən rayonuna gediblər. Narkotik vasitəni götürən zaman polis əməkdaşları tərəfindən A.Caniyev saxlanılıb və R.Axundov isə avtomobil ilə oradan uzaqlaşıb.

A.Caniyev isə saxlanılaraq polis şöbəsinə gətirilib, üzərinə şəxsi axtarış aprılıb və şəxsi istehlak miqdarından artıq narkotik vasitə və psixotrop maddə aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb, A.Caniyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə həbs edilib.

İstintaqı davam etdirilən cinayət işi üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün R.Axundov cari il yanvar ayının 15-də paytaxtın Nərimanov rayonunda saxlanılaraq istintaqa təhvil verilib.

O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin