Suçiçəyi keçirən şəxs meymunçiçəyinə yoluxa bilərmi? - FOTO

Hazırda oxunan: Suçiçəyi keçirən şəxs meymunçiçəyinə yoluxa bilərmi? - FOTO

208229

Afrikada meymunçiçəyi (mpox) xəstəliyinin yayılması və Ümumdünya Səhiyyə Təşkilatının buna görə səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməsi insanları bir çox suallara cavab tapmağa vadar edir.

Bizim.Media xəbər verir ki, bu məsələ ilə bağlı ən çox verilən suallardan biri də suçiçəyi keçirən və yaxud suçiçəyinə qarşı peyvənd olunan şəxslərin meymunçiçəyinə yoluxma ehtimalının olub-olmaması ilə bağlıdır.

Sualımızı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazova ünvanlanıb. Oxu.Az-a açıqlamasında infeksionist bildirib ki, meymunçiçəyi və suçiçəyi fərqli infeksiyalardır:

"Ona görə bunlardan hər hansı birini keçirməsi və ya vaksinasiya olunması şəxsi digərinə yoluxmadan qorumur".

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi (mpox) epidemiyasından qorunmaq üçün insanları vaksinasiyaya çağırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin