Keçid ballarının ən çox artdığı ixtisaslar – SİYAHI

Hazırda oxunan: Keçid ballarının ən çox artdığı ixtisaslar – SİYAHI

Keçid ballarının ən çox artdığı ixtisaslar haqqında məlumat verilir. Bu il universitetlərə qəbul olanların sayında rekord göstəricilər qeydə alınmışdır.
208223

Xəbər verdiyimiz kimi, avqustun 22-də ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb. Nəticələrə əsasən, bu il 55656 nəfər universitetə qəbul olub ki, bu da son illərin ən yüksək göstəricisidir. Həmçinin, keçid ballarının yüksəlməsi səbəbindən 22227 abituriyent universitetlərə qəbul ola bilməyib. 

Xatırladaq ki, bir çox mütəxəssis balların ixtisas qrupları üzrə müvafiq şəkildə artacağını öncədən  proqnozlaşdırırdı

Bəs ən çox artım hansı ixtisaslarda qeydə alınıb?
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ Universitetinə qəbul planı TAM DOLDU – FOTO


Təhsil eksperti Elmin Nurizadə Bizim.Media-ya açıqlamasında nəticələrlə və balların yüksəlməsinin əsas səbəbləriylə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu il universitetlərə qəbul olanların sayında rekord göstərici olsa da, kəsilənlərin sayında da antirekord qeydə alınıb:

“Deməli, bu il müraciətlərin sayı həddindən artıq çox olub. Bunun səbəbi buraxılış imtahanının daha asan, yumşaq təşkil olunması idi. Xatırladığımız kimi, imtahandan 2 alanların sayında ciddi azalma baş verdi, 300 bal yığanların sayı rekord sayda, yəni 54 nəfər oldu. 

Blok imtahanlarının çətinləşdirilməsi aradakı müvazinəti nisbətən qorusa da, artıq buraxılış imtahanının nəticələr elə idi ki, ixtisas seçiminə 100 minə yaxın şəxsin qatıla biləcəyi açıqlandı. Ona görə də bu ilki ixtisas seçim həddindən artıq rəqabətli olması ilə fərqləndi”.  

Ekspert ən çox bal artımının olduğu ixtisasların adlarını da açıqlayıb: 

“Ən çox bal artımı I qrupun Rİ (riyaziyyat-informatika) , II qrupun TC (tarix-coğrafiya) alt qrupunda gözlənilirdi. Rİ də bal artımı yüksək səviyyədə oldu, hətta elə fakültələr var idi ki, orada 100-150 bal artım oldu. 

Bəzi ixtisasların balı isə ötən ilki baldan az qala 2 dəfə fərqlənir. Bu əsasən 5 ixtisasda - “Kompüter mühəndisliyi”,  “Kompüter elmləri”, “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarında  özünü göstərdi.

II qrupun TC altqrupunda bu qədər yüksək artım olmasa da, yenə də bu ilki göstəricilər və ötən ilkilər arasında xeyli fərq var idi. Həmçinin, ingilis dilli ixtisaslarda da keçid balları 100 baldan çox artdı”.

Bu artım tədrisin keyfiyyətini göstərmir... 

E.Nurizadə qeyd edib ki, balların artması tədris keyfiyyətinin ötən illərdən yüksək olduğu anlamına gəlmir: 

“Bu sadəcə kəmiyyət dəyişimidir. Hələ plan yerlərinin artırılmasına baxmayaraq müraciətlərin sayına görə, buraxılış imtahanlarının yumşaqlığı nəticəsində həm rəqabətlilik, həm də keçid balları ciddi formada artdı. Yəni, bu nəticəni hansısa yüksəliş səbəbiylə bağlamaq doğru deyil”. 

Nəzrin Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin