Füzuli rayonunun Zərgər kəndi ərazisində sursat partlayışı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında deyilir.
Bildirilib ki, Füzuli rayon kənd sakini, tikinti işlərinə cəlb edilmiş 1978-ci il təvəllüdlü Aslanov Racu Murad oğlu mina və digər partlayıcı sursatlardan təmizlənməmiş ərazidə baş verən sursat partlayışı nəticəsində müxtəlif bədən xəsarətləri alıb. Həyatı təhlükəsi yoxdur.
Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
"ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!", - məlumatda bildirilir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2024/08/24/1724524845_photo_5357270660474331529_y.jpg)
- A-
- A
- A+
Cəmiyyət
20:45 / 24.08.2024
Füzulidə sursat partlayıb, xəsarət alan var - BİRGƏ MƏLUMAT
Hazırda oxunan: Füzulidə sursat partlayıb, xəsarət alan var - BİRGƏ MƏLUMAT
Hazırda oxunan: Füzulidə sursat partlayıb, xəsarət alan var - BİRGƏ MƏLUMAT
Füzulidə sursat partlayıb, xəsarət alan var - BİRGƏ MƏLUMAT. Füzuli rayonunda Zərgər kəndində baş verən sursat partlayışı nəticəsində xəsarət alan şəxs haqqında ANAMA, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin açıqlaması.
208217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.