Son 6 ayda cinayətlərin 1757-ni narkomanlar TÖRƏDİB

Hazırda oxunan: Son 6 ayda cinayətlərin 1757-ni narkomanlar TÖRƏDİB

208166

Cari ilin birinci yarısında qeydə alınmış cinayətlərdən 1757-si narkomanlar tərəfindən törədilib.

Bu cinayətlərin 91,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Bizim.Media Dövlət Statistika Komitəsininə istinadən xəbər verir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərin 67,8 faizi əmək qabiliyyətli yaşda olub işləməyən və təhsil almayanlardır.

Cinayət törədənlərin 3,1 faizi qadınlar, 0,6 faizi isə xarici ölkə vətəndaşlarıdır. Onların 7,6 faizini 24 və aşağı yaşlı, 15,9 faizini 25-29 yaşlı, 76,5 faizini isə 30 və yuxarı yaşlı şəxslər təşkil edib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin