Hərbi Hava Qüvvələrinin xidmət rəisi HƏBS EDİLDİ

Hazırda oxunan: Hərbi Hava Qüvvələrinin xidmət rəisi HƏBS EDİLDİ

Hərbi Hava Qüvvələrinin xidmət rəisi Həsənov Ülvi Bəxtiyar oğlu həbs edilib. İttihamı ilə bağlı Bakı hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. İstintaq davam etdirilir.

208074

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlu barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Həsənov Ülvi Bəxtiyar oğluna Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin