Əli Həsənovun ''vurduğu'' jurnalist danışdı: ''Mən ilahi ədalətə inanıram'' - VİDEO

Hazırda oxunan: Əli Həsənovun ''vurduğu'' jurnalist danışdı: ''Mən ilahi ədalətə inanıram'' - VİDEO

20805

“Lider Tv”nin Rusiya üzrə keçmiş müxbiri maraqlı xatırlatma edib.

Bizim.Media xəbər verir ki, Anar Həsənov özünün “Facebook” profilində Rusiya XİN rəhbəri Sergey Lavrovun Bakı səfərinə aid paylaşımla aktuallaşıb.  Jurnalist paylaşımını sualla başlayıb:

“Lavrov Bakıdadır. Sual vermək istəyən olacaq?

4 il öncə mən Sergey Lavrova bu sualı verəndə Əli Həsənovun Moskvadakı nümayəndəsi "Rusiya ilə belə danışmaq olmaz" deyib, cılızlığını gizlətməmişdi. Sonra səfir "Sən nə etdin, lal Hüseyn" üslubunda konfuz etmişdi üstümə. Daha sonra etik və fiziki müflislər fürsətdən istifadə etdi. Amma bir nəfər mənə bu sualın səhvini izah edə bilməyib bu günə kimi. 

Bəlkə də ona görə ki, mən bu sualı İlham Əliyevin tezislərindən ilhamlanaraq vermişdim. Məgər Azərbaycan prezidenti demirdi ki, "Qarabağ Azərbaycanın daxili işidir", - əslində Konstitusiya da bunu sübut edir. Yoxsa Prezident işğal ərazisində antiterror əməliyyatı keçirməyin vacibliyini vurğulamırdı!?

Əvvəlcə 2016-nın aprelində Azərbaycan Ordusu "kəşfiyyatla döyüş" etdi. Sonra 2017-nin yanvarında Anar Həsənov öz "qumbarasını" sıxdı, daha sonra 2020-nin sentyabrın 27-də xalq "Dəmir Yumruq" olub verilən qurbanların hədər olmadığını sübut etdi. Vətən sağ olsun! 

P.S. Allah Hikmət Hacızadəyə rəhmət etsin, - "Bu suala görə o jurnalistə orden düşür" demişdi. Mən ilahi ədalətə inanıram!”

Həqiqətən də, hazırda Əli Həsənov kimilər hakimiyyətdə təmsil olunmadığına görə, Rusiya Xarici İşlər nazirinə maraqlı suallar ünvanlana bilər. Və ümid edirik ki, bu dəfə “dağdan gələn bağdakını qovmaz”.

Jurnalist Anar Həsənovun 4 il öncə mətbuat konfransında verdiyi suala Lavrovun cavabının videoformatını təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin