Yeni evlənən cütlüklər bir müddət sonra aralarında yaranan soyuqluqdan şikayət etməyə başlayırlar. Ailələrdə geniş yayılan problemlərdən biri də normal ünsiyyətdə olmamaları və bir-birilərinə qayğı göstərməmələridir.
Məsələ ilə bağlı N.Ə. (şərti ad) Bizim.Media-ya açıqlamasında bunları deyib:
“Yoldaşım son zamanlar çox saymazyana olub. İşdən evə gələndən yatana qədər telefonla oynayır, mənimlə söhbət etmir, vaxt keçirmir. Dünən bunun üstündə dalaşdıq, indi onunla danışmıram, heç vecinə də deyil. Belə insanla necə başa çıxa bilərəm?”
F.B. (şərti ad) də oxşar problemi yaşayan xanımlardandır:
“Yoldaşımın soyuqqanlı davranışı sinirlərimi korlayıb. Gün gəlib keçir, ailəsinə deyil, dostlarına vaxt ayırır. Bir dəfə olsun mənlə və uşaqları ilə gəzməyə çıxmaz, vaxt keçirməz. Şikayət edəndə də deyir ki, özün uşaqları götür get, mənə toxunma! Hər gün içkili gəlir və dərhal da yuxuya gedir. Övladlarıma görə boşanmaq istəmirəm”.
Bir sözlə bu tip şikayətlər çoxdur...
Bəs cütlüklər arasında niyə maraq və həvəs ölür?
Psixoloq Fərqanə Mehmanqızı Bizim.Media-ya bu barədə danışıb. Onun sözlərinə görə, münasibətlərin təməli dostluq üzərində qurulsa, belə hallar yaşanmaz:
“Ailələrdə soyuqqanlılığa səbəb insanların “mənimdir və artıq məndən ayrılmaz” arxayınlığıdır. Hər iki tərəf bir-birinə belə yanaşır. Bu əslində münasibətləri kəsib doğramaqdır, bitirməkdir. Münasibətləri bitirən diqqətsizlik, qayğısızlıq, soyuqluqdur. Münasibəti ən çox ayaqda saxlayan söhbətlərdir. Birlikdə maraqları barədə, həyat haqqında, işləri barədə söhbət etməlidirlər.
Münasibətin təməli dostluq üzərində olduğu zaman daha möhkəm olur. Cütlüklər bir-birlərinə güvən, dəstək verməlidirlər. Qadın anlamalıdır ki, həyat yoldaşı gün içində stressli olur və evə gələndə dincəlməlidir. Kişi də anlamalıdır ki, onun nə qədər çox işi olsa da, həyat yoldaşının qayğıya, diqqətə ehtiyacı var və ona qayğı göstərməlidir. Problemlərini birlikdə söhbət edib, analiz edərək həll etsələr, hər iki tərəf məmnun olar”.
İnkişafa meyillilik
Psixoloq deyir ki, bəzən cütlüklər evləndikdən sonra bir-birlərini tam əldə etmiş zənn edir. Bu da bir çox problemlərə gətirib çıxarır:
“Cütlüklər bir-birinin ağıllarına, bacarıqlarına şübhə etməməlidirlər və daim birlikdə inkişaf etməyə meyilli olmalıdırlar. Bizdə ailələr düşünür ki, evləndimsə bitti daha qarşı tərəfin diqqətini cəlb etməsəm də olar. Amma elə ən əsas evləndikdən sonra həyat yoldaşının gözündə tək kişi və ya tək qadın olaraq qalmaqdır”.
QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.18. gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması - bəndinə uyğun olaraq hazırlanıb.
Nuray, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 24.08.2024
Ailədə SOYUQLUQ – Cütlüklər bir-birilərinə niyə vaxt AYIRMIRLAR?
Hazırda oxunan: Ailədə SOYUQLUQ – Cütlüklər bir-birilərinə niyə vaxt AYIRMIRLAR?
Hazırda oxunan: Ailədə SOYUQLUQ – Cütlüklər bir-birilərinə niyə vaxt AYIRMIRLAR?
Ailədə soyuqluq problemi cütlükləri necə təsir edir? Münasibətlərdə niyə maraq və həvəs qurur? Psixoloq Fərqanə Mehmanqızı “Soyuqluq səbəbləri və həll yolları” haqqında Bizim.Media-ya danışıb.
208046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.