“Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu” – Professordan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu” – Professordan SENSASİON AÇIQLAMA

Ürək xəstəliklərindən ölümlərin artmasına koronavirus səbəb oldu. Professordan SENSASİON AÇIQLAMA Son zamanlarda ürək-damar xəstəlikləri səbəbilə ölənlərin sayı artıb. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri birinci yerdədir. Bunun səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsidir. World Statistics beynəlxalq statistik mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir. Həkim-cərrah Adil Qeybulla ürək probleminin artmasının səbəbi kimi koronavirusu göstərib və damar tutulmasının genişlənməsini qeyd edir. Koronavirus pandemiyası zamanı vaksinasyanın əhəmiyyətini vurğulayır. Nuranə Daxilqızı, Bizim.Media

208043

Son zamanlarda ürək-damar xəstəlikləri səbəbilə ölənlərin sayı artıb. Statistikaya görə, dünyada və o cümlədən Azərbaycanda ölüm hallarına görə ürəyin işemik xəstəlikləri (tromb, infarkt, stenokardiya və s.) birinci yerdədir. Bunun başlıca səbəblərindən biri insanların vaxtlı-vaxtında həkim müayinələrindən, tibbi yoxlanışlardan keçməməsi göstərilir. 

“World Statistics” beynəlxalq statistika mərkəzinin apardığı araşdırmaya görə, Azərbaycan ürək xəstəlikləri səbəbindən hər 100 min nəfərə 388 ölümlə siyahıda ikinci yerdədir.

Amma məhz son günlərdə ürək probleminə görə ölənlərin sayında artım insanlarda təşvişə səbəb olub. 

Bunun səbəbi nədir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, əvvəllər ürək xəstəliyindən ölümlərin çoxluğunda qidalanmağımız, az hərəkətliliyimiz, əsəb, stres, ekoloji və digər faktorlar rol oynayırdısa, indi səbəb koronavirusdur:

“Koronavirus pandemiyası göstərdi ki, zədələnmiş damarlar, ateromanın tutulması çox geniş hal alıb. Koronavirusdan ölüm hallarının çoxu da məhz damar tutulmasına görə oldu. Nəzərə alsaq ki, insanların əksəriyyəti gedib peyvənd olunmadan vaksin kağızı aldı, bu da xırda epidemiyaların davam etməsinə gətirib çıxardı. Bu gün hələ də yoluxma halları davam edir. 

Onlar arasında isə kamorbid vəziyyəti, bədənində interferon səviyyəsi aşağı olan, onkoloji xəstələr və s. var ki, bu şəxslərdə ölüm halları arta bilər.

Çünki koronavirus vaxtı sosial şəbəkələrdə laqeyd adamların vaksin əleyhinə yazdığı statuslar təlqinə meyilli şəxslərə təsir etdi və ona görə də bunun nəticələrini biz indi görürük”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin