Ali məktəblərə qeydiyyata bu tarixdə START VERİLƏCƏK

Hazırda oxunan: Ali məktəblərə qeydiyyata bu tarixdə START VERİLƏCƏK

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavr səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək. Elm və Təhsil Nazirliyi tərəfindən verilən məlumata görə, qeydiyyat prosesi //portal.edu.az platformasında başlayacaq və 6 sentyabr saat 18:00-da başa çatacaq.

208041

28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.  

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, abituriyentlər //portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. 

Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq. 

Müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin