51 yaşında tələbə adını qazanan şəmkirli müəllim: “Cəmi bir ay hazırlaşdım” – ÖZƏL

Hazırda oxunan: 51 yaşında tələbə adını qazanan şəmkirli müəllim: “Cəmi bir ay hazırlaşdım” – ÖZƏL

208034

Xəbər verdiyimiz kimi, 2024–2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələri açıqlanıb

Qeyd edək ki, bu il Azərbaycanın təhsil tarixində ali məktəblərə tələbə qəbulu rekord səviyyəyə çatıb. Belə ki, nəticələr göstərir ki, 55656 nəfər (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Ali məktəbə qəbul olunanlardan biri də 51 yaşlı Həqiqət Gülmuradova olub.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Azərbaycan Universitetinə qəbulun ilkin nəticələri AÇIQLANDI - FOTO


İllər sonra tələbə adını qazanan Həqiqət Gülmuradova təəssüratlarını Bizim.Media-ya bölüşüb. Saytımıza açıqlamasında o, bildirib ki, cəmi bir ay hazırlaşraq universitetə qəbul olub:

“1972-ci ildə Şəmkirin Düyərli kəndində anadan olmuşam. Birinci neft texnikomuna, sonra isə 1994-cü ildə isə Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerrsiteti) İnformasiyanın emalı ixtisasına qəbul olundum. Univerrsitetdə oxuduğum zaman ailə həyatı qurdum və təhsilimi qiyabi davam etdirdim. Lakin diplom müdafiəsi zamanı oğlum dünyaya gəldiyi üçün universiteti bitirə bilmədim”. 

H.Muradova qeyd edib ki, universiteti yarıda saxlasa da, yaşadığı kəndin sakinləri ona dəstək olub:

“Amma kənd sakinləri savadıma bələd idi. Elim-obam dəstəklədi məni sağ olsunlar, Riyaziyyat fənnindən repititorluq etməyə başladım. Uşaqları çox müəllimdən aşağı qiymətə hazırlaşdırırdım, hətta imkansız ailələrdən pul almırdım. Çünki özüm də həyat yoldaşımla uşaqlarımızı çətinliklə oxutduq. İki oğlum var, biri proqramistdir, digəri isə Azərbaycan dili-Ədəbiyyat müəllimidir. 

Bu il isə övladlarımın dəstəyi ilə özümü sınamaq istədim. Sözün açığı, həm də özümü təsdiqləmək istəyirdim ki, savadsız deyiləm. İnsan həyatda heç nəyi yarımçıq buraxmamalıdır.


Bir ay içində hazırlaşdım və Kooperasiya Universitetinin “Sosial iş” ixtisasına qəbul olundum. Hazırlaşdırdığım şagirdlərimə və səhhətimdə yaranan problemlərə görə cəmi bir ay içində imtahana hazırlaşa bildim”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin