Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Yevlaxda əməkdaşları qanunsuz işə cəlb edən şirkət CƏRİMƏLƏNDİ

208028

"AZFEN-NN Tikinti Təmir Quraşdırma" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib. 
 

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. 


Faktla bağlı Yevlax rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin