Bakının su təminatında əsas rol oynayan Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verən ərazidə təmir-bərpa işləri yekunlaşsa da, paytaxta əvvəlki qrafiklə suyun verilməsi hələ də təmin olunmayıb.
Artıq ehtiyat su anbarları da işə yaramır. Paytaxt sakinləri ötən gün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qəza yaranan ərazidə işlərin bitdiyi və suyun təminatı ilə bağlı işlərə başlandığı xəbərindən sonra böyük ümidlə su probleminin birdəfəlik həll olunduğunu zənn edirdilər. Amma durum yenə eyni olaraq qalır və paytaxt sakinləri susuzluqdan çətin duruma düşüblər.
Bu dəfə eyni problemlə bağlı redaksiyamıza Yeni Yasamal sakinləri müraciət ediblər. Çarəsiz insanlar suyun nə zaman əvvəlki qrafiklə veriləcəyi ilə maraqlanıblar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə yaratdıq. Qurumun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpa işləri 22 avqust tarixində başa çatıb:
“Su kəmərinin doldurulması prosesindən sonra artıq bu gün paytaxtın müxtəlif əraziləri su ilə təmin olunmaqdadır. Gün ərzində və 24 avqustdan etibarən suyun verilmə qrafiki əvvəlki rejimə qaytarılacaq”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:43 / 23.08.2024
Bakıya fasiləsiz su bu tarixdən etibarən VERİLƏCƏK – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bakıya fasiləsiz su bu tarixdən etibarən VERİLƏCƏK – Rəsmi AÇIQLAMA
Hazırda oxunan: Bakıya fasiləsiz su bu tarixdən etibarən VERİLƏCƏK – Rəsmi AÇIQLAMA
Bakının su təminatında problem: Oğuz-Qəbələ-Bakı su kəmərindəki qəza təmir-bərpa olunub, su probleminin həll edilməsi gecikir.
208001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.