Tanınmış jurnalist oğlu ilə birgə TƏLƏBƏ OLDU – FOTO

Hazırda oxunan: Tanınmış jurnalist oğlu ilə birgə TƏLƏBƏ OLDU – FOTO

Tanınmış jurnalist Elməddin Muradlı oğlu Turqut ilə birgə tələbə oldu. Elməddin Muradlı və oğlu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində təhsil almaq üçün qəbul olunmuşdur.

207978

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı və oğlu Turqut tələbə adını qazanıblar. 

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkə hesabında məlumat verib. 

"Ata-bala tələbə olduq. Bu gün həyatımda çox əlamətdar bir gündür. Böyük oğlum Turqut Muradlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kompüter mühəndisliyi fakültəsinin tələbəsi adını qazandı. Dövlət sifarişli ixtisasa yiyələnib dövlətimizə xidmət edəcək. 
 

Mən özüm də dinc durmayıb ikinci ali təhsil üçün müraciət etdim. Sınaqdan uğurla keçərək Azərbaycan Texniki Universitetinin Logistika və nəqliyyat texnologiyaları fakültəsinə qəbul oldum. 


Övladları ali məktəbə qəbul olan bütün valideynləri təbrik edirəm!" – deyə o qeyd edib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin