Vətən müharibəsi şəhidi Orxan Cabbarovun anası Yeganə xanım vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.
O bildirib ki, Orxan Cabbarovun anası onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Orxan Cabbarov Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. Ailəli idi. Ayxan adında bir oğlu yadigar qalıb.
O, 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub, Tovuz rayonunun Bozalqanlı kəndində dəfn olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:30 / 22.08.2024
Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO
Hazırda oxunan: Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO
Hazırda oxunan: Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - FOTO
Şuşa döyüşlərində şəhid olan əsgərin anası vəfat etdi - Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu tərəfindən məlumat verilib. 1995-ci il təvəllüdlü Orxan Cabbarovun anası, onkoloji xəstəlikdən əziyyət çəkərək vəfat etmişdir.
207880
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.