Qubada doğuş zamanı dünyasını dəyişən qadınla bağlı bəzi təfərrüatlar məlum olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, 24 yaşlı qadın 38 həftəlik hamilə olub.
MÖVZU İLƏ BAĞLI:
Qubada ana və körpəsi doğuş zamanı dünyasını dəyişdi
O, Xaçmazdan Quba Perinatal Mərkəzinə gətirilən kimi əməliyyat masasına qaldırılıb və əməliyyatın gedişində bətnində körpəsi ilə keçinib.
Mərhum Şabranda anadan olub, Xaçmazın Hülövlü kəndinə gəlin köçüb. Onun qeysəriyyə əməliyyatı zamanı ölməsində həkim səhvinin olub olmaması araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu