Xəbər verdiyimiz kimi, bu il yeni tədris ilində iki yeni universitet – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti öz tələbələrini qəbul edəcək. Artıq ixtisas seçimi də yekunlaşıb.
Qarabağ Universitetindən mütəmadi verilən məlumatlara əsasən, artıq yüksək bal toplayan bir sıra abituriyentlər Qarabağ Universitetini seçməkdə qərarlı olublar.
Maraqlıdır, bəs Türkiyə-Azərbaycan Universitetində vəziyyət nə yerdədir? Sözügedən universitetdə dərslər türk, yoxsa Azərbaycan dilində keçiriləcək?
MÖVZU İLƏ BAĞLI:
Türkiyə-Azərbaycan Universiteti bu binada fəaliyyət göstərəcək
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, universitetdə dərslər ingilis dilində tədris olunacaq:
“Hələ ixtisas seçiminin cavabları bəlli olmadığına görə, neçə nəfərin Türkiyə-Azərbaycan Universitetini seçməsi məlum deyil. Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində üç ixtisas üzrə Türkiyənin müvafiq universitetlərinin proqramı əsasında tədris aparılacaq. Türrkiyə-Azərbaycan Universitetinin tərəfdaşı isə Azərbaycan Texniki Universitetdir”.
Nuranə Daxilqızı, Bizim.Media