Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Qubaya səfər edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, tvitter hesabında məlumat paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə səfirindən Azərbaycana TƏBRİK - FOTO
“Azərbaycanın alma, gilas, üzümü ilə məşhur olan Quba rayonundayıq”-deyə o qeyd edib. Səfər çərçivəsidə o Azərbaycan-Türkiyə Qardaşlıq Parkının açılışına qatılıb.
C.Bağcı soyqırım memorialını, şəhidlərin məzarını, Quba məscidini də ziyarət edib:
“Məscid XVIII əsrdə inşa olunub. 1918-ci ildə Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusu ermənilər üzərində qələbə çalıb, müzəffər ordu burada düşərgə qurub və cümə namazı qılıb”.
Bizim.Media