Kür çayının Ağstafadan keçən hissəsində 43 yaşlı kişi batıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndindən keçən hissəsində baş verib.
Ağstafa şəhəri M. Allahverdiyev küçəsinin sakini, 1981-ci il təvəllüdlü Yavər Yaqub oğlu Qasımov 3 dostu ilə balıq tutmaq məqsədilə çaya gediblər.
Təxminən 17:00 radələrində Y. Qasımov çımmək üçün maya girib və batıb. Hadisə yerinə xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
43 yaşlı kişinin meyiti onlar olduqları yerdən 200- 300 metr məsəfədə tapılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu