Ölkənin ən məşhur şirkətlərindən biri CƏRİMƏLƏNİR

Hazırda oxunan: Ölkənin ən məşhur şirkətlərindən biri CƏRİMƏLƏNİR

CƏRİMƏLƏNİR 'Sirab' Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta protokolu tərtib edilib. Protokol, avtomobil, metropoliten və digər nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılmasına əsasən cərimə olunub.
207740

"Sirab" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində "Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar" əleyhinə inzibati xəta protokolu tərtib edilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinin pozulması iddiası ilə irəli sürülüb.
 

İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən, sərnişin və yükdaşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.


İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin icraatındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin