Cəlilabadda tarixi KƏŞF – 6 min il yaşı olan kurqanda hansı nümunələr AŞKARLANDI? – FOTO

Hazırda oxunan: Cəlilabadda tarixi KƏŞF – 6 min il yaşı olan kurqanda hansı nümunələr AŞKARLANDI? – FOTO

207705

Cəlilabad rayonu ərazisində daha bir qədim yaşayış məskəni aşkar edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Muğan kəndi ərazisində olan abidə Göytəpə-Cəlilabad yolunun sol tərəfində yerləşir və təxminən 1 hektar ərazini əhatə edir.

Abidənin varlığı barədə isə yerli sakinlər müvafiq orqanlara müraciət ediblər. Müraciətə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin cənub regional idarəsinin əməkdaşları əraziyə baxış keçiriblər. Baxış zaman abidənin ən alt qatında Xalkolit və Tunc dövrünə, üst təbəqədə isə son orta əsrlərin maddi mədəniyyət nümunələrinə rast gəlinib.
 

“Küllütəpə” adlandırılan kurqanın tarixi-arxeloji əhəmiyyəti nəzərə alınaraq, həm onun dövlət qeydiyyatına alınması, həm də qorunması üçün işlərə başlanılıb.


Yeni aşkar edilən tarixi kurqanla bağlı yerli tarixçi Ələsgər Mirzəzadə Bizim.Media-nın yerli bürosuna məlumat verib:

"Bu yaxınlarda təsadüf nəticəsində çoxlu sayda külün aşkar olunması, səpələnmiş müxtəlif artefaktların görünməsi abidəni üzə çıxardı. Onun ətrafında digər abidələr də var. 3 il öncə həmin ərazidə yerli tarixçilər tərəfindən araşdırma aparılarkən, bu abidələrin nə qədər önəmli, əhəmiyyətli olduğunu dərk etmişdik. Abidə hələ ki, akademik səviyyədə öyrənilməyib. Külün aşkar olunması, sınıq saxsı parçalarına əsasən ehtimal etmək olar ki, ərazidə dulusçuluq sobalarından, yaxud Tunc və sonrakı dövrlərə aid təndirlərdən istifadə olunub. Yəni abidə çoxtəbəqəli də ola bilər”.









Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin