Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmənin ilkin nəticələri BİLİNDİ

Hazırda oxunan: Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmənin ilkin nəticələri BİLİNDİ

207681

Gəncə və Göygöldə baş verən kütləvi zəhərlənmə hadisələrinin ilkin nəticələri məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, bir neçə gün əvvəl Gəncə şəhərində keçirilən yas mərasimində və Göygöldə fəaliyyət göstərən ictimai iaşə müəssisələrində ("Araz", "Xanlar Yurdu", "Ağ Ayı") baş verən kütləvi zəhərlənmə hadisələri ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarından ibarət mütəxəssis qrupu tərəfindən aidiyyəti qurumların əməkdaşları ilə birgə müvafiq araşdırmalar aparılıb.

"Hadisələrin qida zəhərlənməsi ilə bağlı olmadığı məlum olub. Çoxsaylı insanın sağlamlığına zərər verən hadisələrin məişətdə istifadə edilən suyun ikincili çirklənməsi nəticəsində baş verdiyi müəyyən edilib.

Faktla bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - deyə qurumdan verilən məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin