Yaşar Ağazadə şantaj ittihamı ilə HƏBS OLUNDU

Hazırda oxunan: Yaşar Ağazadə şantaj ittihamı ilə HƏBS OLUNDU

207570

Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Y.Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir. 
 

Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib. 


İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Yaşar Ağazadə əvvəllər “Müxalifət” qəzetinin redaktoru olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin