Biləsuvarda usta 1000 manatın güdazına getdi - Hər iki ayağından güllələndi

Hazırda oxunan: Biləsuvarda usta 1000 manatın güdazına getdi - Hər iki ayağından güllələndi

207555

Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından güllə yarası alıb. 

Bizim.Media xəbər verir ki, o, rayonun Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisəyə səbəb isə usta işləyən Mayis Nəsirovun evini təmir etdiyi şəxsdən qalan 1000 manat borcu istəməsi olub.

Bir müddət borclu qalmış ev yiyəsi növbəti dəfə ustanı kənd məscidinin qarşısına çağırıb və görüşə gələn Mayisin ayaqlarına ov tüfəngindən atəş açıb. 

Hazırda yaralının vəziyyəti sabitdir.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü, həmkəndlisi Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Onun cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin