Xəbər verdiyimiz kimi, artıq abituriyentlərin ixtisas seçimi başa çatıb. Qeyd edək ki, ixtisas seçiminə qədər ekspertlər bir çox şərtləri nəzərə almağı tövsiyyə edirdi. Süni intellektin inkişafı ilə dünya ölkələrində humanitar ixtisaslara tələb getdikcə azalmağa başlayıb. Azərbaycanda isə hər il abituriyentlər humanitar sahələrə daha çox maraq göstərir.
Bəs bu il abituriyentlərin tələbi necə olub? Texniki, yoxsa humanitar sahələrə tələbat olub?
MÖVZU İLƏ BAĞLI:
Peşə təhsilinə BİGANƏLİK – Niyə hər kəs ali təhsil almaq həvəsindədir?
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, ixtisas seçiminin cavabları hələ bəlli olmasa da, abituriyentlərin ərizə qəbulundan texniki və ya humanitar sahəyə maraq göstərdiklərini demək olur:
“Bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı 82870 olub. Lakin ərizə qəbullarının sayına əsasən demək olar ki, bu il texniki ixtisaslara tələb humanitardan daha çox olub. Çünki III ixtisas qrupuna Azərbaycan və Rus bölməsi üzrə isə cəmi 21890 nəfər ərizə verdiyi halda, bu say I qrup üzrə 25138 olub. V qrup isə sırf mədəniyyət və incəsənət istiqamətli olduğuna görə, bunu humanitar-sosial sahə adlandırmaq olmaz”.
Nuranə Daxilqızı, Bizim.Media