Rəsədxana hazırda müşahidə olunan ilin ilk Super Ayı ilə bağlı məlumat yayıb

Hazırda oxunan: Rəsədxana hazırda müşahidə olunan ilin ilk Super Ayı ilə bağlı məlumat yayıb

207436

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunur. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından Bizim.Media-ya bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür.

Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.
İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin