Avropa Birliyi karantindən çıxır – Azərbaycan da maskasız həyata qayıdacaq - VİDEO

Hazırda oxunan: Avropa Birliyi karantindən çıxır – Azərbaycan da maskasız həyata qayıdacaq - VİDEO

20734

Bütün Avropa ölkələri yavaş-yavaş “lokdaun”dan çıxır. Son xəbərə görə, Çexiya da pandemiyaya görə tətbiq olunan məhdudiyyətləri ləğv edir.

Bizim.Media “euronews”a istinadən xəbər verir ki, Çexiyada şagirdlər artıq məktəblərə qayıdıblar, müxtəlif obyekt qapılarını açıb. 

Bu gündən etibarən isə, Çexiyada bütün ticarət mərkəzləri də fəaliyyətini bərpa edib. Ən əsası isə küçəyə maskasız çıxmağa icazə verilib.

Səbəb Çexiyanın 1 milyon əhalisinin peyvəndləndiyidir. Qeyd edək ki, Çexiyanın əhalisi 11 milyona yaxındır (2020-ci il, 10 milyon 597 min 473 nəfər). 

Azərbaycanda isə bu ilin statistikasına görə 10 milyon 119 min vətəndaş var. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 milyon 661 min 772, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1milyon bir min 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 659 min 804 təşkil edir. Bu isə o deməkdir ki, məntiqlə azərbaycanlıların da küçəyə maskasız çıxmasına az qalıb.

Avropa Birliyinin ölkələri arasında 6 aydan sonra karantinə son verən İspaniya və Belçika da var.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin