Qocalma əleyhinə dərman sınaqdan KEÇİRİLİR

Hazırda oxunan: Qocalma əleyhinə dərman sınaqdan KEÇİRİLİR

207329

Amerikalı alimlər orqanizmin qocalmasını ləngidə bilən dərmanı sınaqdan keçirir. 

Bizim.Media xəbər verir ki, bu barədə “ABC7” televiziyası məlumat yayıb. 

Məlumata görə, dərmanların təsiri itlər üzərində sınaqdan keçirilib. 

Belə ki, "Telomir Pharmaceuticals" şirkətinin rəhbəri Kristofer Çapman və Klivlend klinikasının mütəxəssisi Maykl Roizen arasında əməkdaşlıq nəticəsində yaradılan dərman artıq iki yaşlı itdə - ölümcül xərçəng xəstəsi olan çoban itində və artritə yoluxan nyufaundlenddə uğurla sınaqdan keçirilib. 
 

İtlərin sahibləri hər iki heyvanın vəziyyətinin qısa müddət ərzində xeyli yaxşılaşdığını iddia edir. Alimlər dərmanın gələcəkdə insanlara fayda verəcəyinə ümid etdiyini bildiriblər.  


Məlumata görə, yeni dərman sayəsində kök hüceyrələri çoxalmağa başlayır və sözün əsl mənasında cavanlaşma müşahidə edilir. Hazırda sınaqlarda 10 it iştirak edir. Araşdırmanın nəticələri gələn ilin əvvəlində təqdim olunacaq. İnsanlarda klinik sınaqlar 2025-ci ildə başlaya bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin