Abşeron rayonunun Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yeni tikilidə yaşayan sakinlər problem içində boğulurlar. Onlar bildiriblər ki, tullantı qutuları binaların qarşısında yerləşdirilib.
Bizim.Media xəbər verir ki, mövzuya sakinlər münasibət bildiriblər.
Onların sözlərimə görə, onlar nə həyətə düşə, nə də pəncərələrini aça bilirlər:
“Gündəlik olaraq tullantıların daşınmasına baxmayaraq, üfunət baş çatladır”.
"Ən çox zibil qutularının xüsusi yerlərdə qoyulmamasından əziyyət çəkirik. Toplu şəkildə bağlı bir yerə qoyulmamasına görə zibili ya külək, ya da heyvanlar yerə dağıdır, antisanitariya yaranır. Axşam insanlar parka sərinləməyə çıxmaq istəyəndə üfunətdən gəzmək olmur", - deyə sakin narazılığını bildirib.
Sakinlərin problemi bununla da bitmir. Onlar iddia edirlər ki, qəsəbədə cəmi 1 marşrut işləyir ki, o da tələbatı ödəmir:
"Bakıya getmək üçün yalnız 503 nömrəli marşrut avtobusudur, o da bərbad vəziyyətdədir. Sərnişin tutumu çox azdır".
Problemlə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, marşrut xətlərinin optimallaşdırılması işləri çərçivəsində Saray qəsəbəsi sakinlərinə ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsi istiqamətində islahatlar aparılır:
"Saray qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə birləşdirən avtobus marşrutunun yaradılması nəzərdə tutulur. Bununla bağlı daşıyıcının müəyyən edilməsi üçün yenidən müsabiqə elan edilib".
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:42 / 18.08.2024
Saray qəsəbəsinin həll olunmayan problemləri - VİDEO
Hazırda oxunan: Saray qəsəbəsinin həll olunmayan problemləri - VİDEO
Hazırda oxunan: Saray qəsəbəsinin həll olunmayan problemləri - VİDEO
207219
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.