Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.
Bu barədə Bizim.Media-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir.
"Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib. Günorta saatlarından sonra suyun digər ərazilərə də çatması mümkün olacaq", - deyə məlumatda qeyd olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 17.08.2024
Bu gün Bakının bütün ərazilərinə SU VERİLƏCƏK
Hazırda oxunan: Bu gün Bakının bütün ərazilərinə SU VERİLƏCƏK
Hazırda oxunan: Bu gün Bakının bütün ərazilərinə SU VERİLƏCƏK
207069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.