Prezident İlham Əliyevin Sərəncamı ilə respublikamızda elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası avqustun 16-da Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən dini ibadət yerlərində baş tutub.
Dövlət komitəsindən Bizim.Media-ya verilən məlumata görə, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərinin, din xadimlərinin, könüllü ictimaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada məscidlərin və kilsələrin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb.
“Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək və ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:53 / 17.08.2024
“Yaşıl gələcək naminə” aksiyası Sumqayıtda və Abşeronda davam etdirildi - FOTO
Hazırda oxunan: “Yaşıl gələcək naminə” aksiyası Sumqayıtda və Abşeronda davam etdirildi - FOTO
Hazırda oxunan: “Yaşıl gələcək naminə” aksiyası Sumqayıtda və Abşeronda davam etdirildi - FOTO
207026
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.