Hacıqabul sakinindən narkotik maddə və odlu silah götürüldü

Hazırda oxunan: Hacıqabul sakinindən narkotik maddə və odlu silah götürüldü

20700

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlham Ələkbərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, İ.Ələkbərovun üzərində şəxsi axtarış aparılan zaman ondan kağız bükümdə narkotik maddə olan tiryək və bir ədəd lüləsi və qundağı kəsilmiş odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də cinayət işi açılıb.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin