Tibbin aciz qaldığı XƏSTƏLİK – Autizmlə bağlı doğru bilinən YANLIŞLAR

Hazırda oxunan: Tibbin aciz qaldığı XƏSTƏLİK – Autizmlə bağlı doğru bilinən YANLIŞLAR

206957

Autizm beyindəki  nevroloji inkişaf pozuntusudur. Uşağın ətraf mühitlə kifayət qədər sosial münasibət qurmaması, ünsiyyətdə əhəmiyyətli dərəcədə inkişaf problemləri və təkrarlanan streotiplər ilə xarakterizə olunur. Statistika göstərir ki, son 30-40 ildə autizm 10 min əhaliyə 4-5 nəfərdən 50-116 nəfərədək artıb. Autizmin əsas səbəbləri heç bir analizlə aşkar oluna bilmir.

Buna görə də, Autizm Spektr Pozuntusu (ASP) barədə müxtəlif fikirlər ortaya çıxır. Valideynlərin əksəriyyəti isə kifayət qədər məlumatlı deyillər.

Autizm barədə doğru bilinən yanlışlar hansılardır?

Klinik psixoloq Nuriyyə Quliyeva Bizim.Media-ya bu barədə danışıb. O, ASP barədə insanların yanlış bildiyi məqamları sadalayıb. 

“Azərbaycanda son vaxtlar ciddi şəkildə kommersiya məqsədli “biz autizmi tam sağaldırıq” elanları ciddi problemlərdən biridir. Bununla bağlı heç bir elmi əsası olmadan sübutlar, əsaslar göstərilir. Tibb hələ ki, autizmin qarşısında acizdir. Autizm Spektr Pozuntusunun yüz faizli sağalması, aradan qalxması mümkün deyil. Bu kimi yalan məlumatların yayılması valideynlərin ümidləri ilə oynamaqdır.

Əlbəttə ki, doğru müalicə ilə çox insanı cəmiyyətə qazandıra bilərik. Adi vətəndaş kimi özlərini təsdiq edə bilərlər, evlənə bilərlər, təhsil alarlar, öz işlərində yaxşı mənada seçilərlər. Amma bütün əlamətlərin yüz faiz aradan qaldırılması mümkün deyil”. 

“Autizm Spektr Pozuntusu olan uşaqların nitqi olmur”

Psixoloq bu fikrin də tamamilə yalnış olduğunu deyib: 

“Bəzən valideynlər düşünür ki, əgər uşaq danışırsa, əmin olur ki, uşağındakı autizm spektr pozuntusu deyil. Çünki autizm spektr pozuntusu olan insanların əsas əlamətlərindən biri nitqinin olmamasıdır. Bu doğru düşüncə deyil. Yəni nitqi olub, autizm spektr pozuntusu olan çox insanlar var. Ona görə də, nitq buna göstərici deyil”. 

Ümidsiz olmayın...

Psixoloq deyir ki, autizmli uşaqların valideynləri bəzən çox həssas və ümidsiz olurlar. “Valideynlərin əksəriyyəti elə düşünür ki, uşağında Autizm Spektr Pozuntusu varsa, o həyatdan təcrid olunmuş, daim kimdənsə asılı olan, özünü tapa bilməyən bir şəxs olacaq. Bu da yalnışdır.

Erkən yaşlarda müdaxilə edilərsə, ASP-u olan şəxsləri cəmiyyətə tam olaraq qazandıra bilərik. Doğru yanaşılarsa, düzdün metodlarla məşğul olunularsa və vaxtında üstünə düşülərsə bu uşaqlar öz yaşıdları kimi məktəbə də gedə bilərlər, yaxşı qiymətlər də ala bilərlər, müəyyən dost çevrəsi də qazana bilərlər, universitetə gedə bilərlər”.

Nuray, Bizim.Media   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin