Meymunçiçəyi Azərbaycana da gələ bilər – Baş infeksionistdən XƏBƏRDARLIQ

Hazırda oxunan: Meymunçiçəyi Azərbaycana da gələ bilər – Baş infeksionistdən XƏBƏRDARLIQ

206943

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. Hətta Afrika qitəsindən kənarda - İsveçdə meymunçiçəyi virusunun mutasiyasına ilk yoluxma halı da qeydə alınıb.

Bəs bu virusun Azərbaycana da gəlmə ehtimalı varmı?
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə “Meymunçiçəyi” virusuna yoluxma qeydə ALINIB


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bizim.Media-ya bildirib ki, meymunçiçəyi Azərbaycana da gələ bilər:

“Hazırda, əsasən Afrika ölkəsi olan Konqoda meymunçiçəyi (yeni adı mpox) infeksiyası alovlanıb və ətraf ölkələrə yayılmaqdadır. Yeni yoluxma halları 2024-cü ildə təxminən 15 minə çatıb. ÜST-nin bu məsələyə həssas yanaşmasının səbəblərindən biri də, 2023-cü illə müqayisədə bu ilin 6 ayında yoluxanların sayının keçən ilki qədər olmasıdır”. 

Təyyar Eyvazovun sözlərinə görə, həmçinin yayılan builki virusun mutasiyaya uğramış ştamm olması qeyd olunur, müəyyən qədər ölüm hallarına  da rast gəlinir:

“Bildiyimiz kimi, yay fəsli ilə əlaqədar insanların ölkələrarası miqrasiyası xeyli intensivləşir. Ona görə meymunçiçəyinin yayıldığı ərazilərə səyahət edən vətəndaşlarımızın və ya həmin ölkələrdən Azərbaycana gələn turist və iş adamlarının bu infeksiyanı ölkəmizə gətirməsi istisna oluna bilməz.

Məlumat verildiyi kimi, ölkəmizdə mpox (meymunçiçəyi virusu) infeksiyasına yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə müvafiq qurumlar tərəfindən bütün ilkin profilaktik tədbirlər həyata keçirilir. Ümumilikdə hazırda Azərbaycanda digər infeksiyalar da nəzərə alınmaqla epidemioloji durum sabitdir, nəzarət altındadır”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin