Böyük Vətən Müharibəsi veteranı, 101 yaşına yeni keçmiş Məhəmməd Məmmədov bu gün səhər saatlarında vəfat edib.
Bu barədə Bizim.Media-ya mərhumun gəlini Arzu Məmmədova məlumat verib.
Onun sözlərinə görə, mərhum bir həftədir ki, özünü pis hiss edirmiş.
Qeyd edək ki, Məhəmməd Məmmədov Xaçmazın yeganə sağ qalan Böyük Vətən Müharibəsi veteranı idi. O, Qroznıdan Berlinədək döyüş yolu keçmişdi.
Mərhum veteranın 5 övladı, 23 nəvəsi, 5 nəticəsi, 2 kötükcəsi var.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu