“Gözümüz yollarda qalmışdı. Çox şükür, gözümüz yollardan çəkildi”.
Bizim.Media xəbər verir ki, bu sözləri şəhid Yarıyev Qənbərin qardaşı Yarıyev Cahangir jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
32 ildən sonra qalıqları tapılan şəhid Salyanda dəfn edildi - FOTO
“Hamı bizə göz aydınlığı verdi. Gözümüz yollardan çəkildi. Hazırda bu sevinci yaşayırıq”, - şəhidin qardaşı bildirib.
C.Yarıyev onlara bu sevinci yaşadan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Yarıyev Qənbər Teymur oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu. 32 ildən sonra şəxsiyyəti dəqiqləşdirilən Qənbər Yarıyevin nəşinin qalıqları isə bugün doğma yurdu Salyanda torpağa tapşırılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu