Deputatlığa namizəd Qaya Məmmədov şəhid ailələri ilə görüşdü – FOTO

Hazırda oxunan: Deputatlığa namizəd Qaya Məmmədov şəhid ailələri ilə görüşdü – FOTO

206809

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən namizəd olan Qaya Məmmədov qəhrəman şəhidlərimiz Mahir Məmmədov, Mürsəl Kazımlı və Muxtar Qasımlının ailə üzvləri ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Qaya Məmmədov öz sosial şəbəkə hesabında paylaşım edib. 

Səmimi keçən görüşlərdə Q.Məmmədov qəhrəman şəhidlərimizin xatirəsini yaşatmağın önəmini vurğulayıb. 

“Hər bir şəhid ailəsi, Vətən üçün böyük bir əmanətdir və onların qəhrəman oğullarının xatirəsi hamımız üçün müqəddəsdir. Bu müqəddəs xatirəni qorumaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Şəhidlərimizin ruhu şad olsun, onların ailələrinə isə səbr və dözüm arzu edirəm”, - o qeyd edib. 

Qeyd edək ki, Q.Məmmədov 1999-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. Qaya Məmmədov 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsini icra edib. O, 2018-ci ildə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin olunub. Q.Məmmədov 2022-ci ildən bəri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisidir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin