Daxilin Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Qurbanov Sərxan Nəriman oğlu avqustun 14-də xəstəlikdən vəfat edib.
Bizim.Media-nın şimal bürosunun əldə etdiyi məlumata görə, hadisə Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Əsgərimiz xəstəlikdən həyatını itirdi - FOTO
19 yaşı olan Sərxan Qurbanov əslən Xaçmaz rayonundandır.
Mərhum əsgərin atası, keçmiş hərbçi Nəriman Qurbanov oğlunun hansı xəstəlikdən ölməsi barədə konkret məlumatı olmadığını deyib.
Sərxan Qurbanovun meyiti tibbi-ekpertiza edilib. Faktla bağlı Hərbi Prokurorluqda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu