1 150 nəfərin Azərbaycana girişinə QADAĞA QOYULUB

Hazırda oxunan: 1 150 nəfərin Azərbaycana girişinə QADAĞA QOYULUB

206744

Ötən ay İnzibati Xətalar Məcəlləsinin və Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduğuna görə 1 150 nəfərə ölkə ərazisinə girişin məhdudlaşdırılması qərarı verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 224, Miqrasiya Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyulma ilə bağlı 926 qərar qəbul edilib.


Bunlardan 882-si Miqrasiya Məcəlləsinin tələblərinin pozulmasına görə (Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə), 44-ü Miqrasiya Məcəlləsinin digər maddələrinin tələblərinin pozulmasına görə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin