DİQQƏTLİ OLUN: COVİD-19-la bağlı həyəcanlı xəbər

Hazırda oxunan: DİQQƏTLİ OLUN: COVİD-19-la bağlı həyəcanlı xəbər

206714

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyasının bitdiyini elan etsə də, bir çox ölkələrdə bu virusla bağlı həyəcan davam edir. O cümlədən MDB məkanında da COVİD-ə yoluxmaların baş qaldırdığına dair informasiyalar verilir. 

Bizim.Media xəbər verir ki, Rusiyada son həftə ərzində COVİD-19 xəstəliyinə yoluxma halları, demək olar ki, 30 faiz artıb. Bu haqda koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı məlumat yayıb. 

“Ötən həftə 100 min nəfərə düşən yeni koronavirus infeksiyasına yoluxma göstəricisi əvvəlki həftə ilə müqayisədə 29,1% çoxdur”, - deyə əməliyyat qərargahından bildirilib. 
Ekspertlər Rusiyanın 59 subyektində yoluxanların sayının çoxaldığını bildiriblər, 12 regionda isə bu göstərici ölkə üzrə orta göstəricidən daha sürətlə artır. Bu arada İranda və Gürcüstanda da COVİD-ə yoluxmaların çoxaldığına dair məlumatlar gəlməkdədir.

Yaxın günlərdə Paris Olimpiadasında iştirak edən qırxdan çox idmançı da COVİD-19-a yoluxmuşdu. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının epidemiyalar üzrə məsul nümayəndəsi Mariya van Kerxove bildirib: “Burada təəccüblü hal yoxdur, virus bir çox ölkədə sürətlə yayılır. Son aylarda bir çox ölkədə koronavirusalər yoluxmalar sıçrayışla artır. O cümlədən də Olimpiya oyunlarında”, - deyə Kerxove bildirib.

Bu arada Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə pandemiyaya səbəb ola biləcək ən təhlükəli virus və bakteriyaların siyahısını təqdim edib. Siyahıya hazırda A qrip virusları, qızdırma və meymun çiçəyi də daxil olmaqla, 30-dan çox potensial təhlükəli patogenlər daxildir. ÜST pandemiya kimi fövqəladə vəziyyətə səbəb olmaq potensialına əsaslanaraq prioritet patogenləri müəyyən edib.

Yoluxuculuq səviyyəsi, patogenlik, eləcə də peyvənd və müalicə imkanlarının məhdudluğu kimi meyarlar qiymətləndirilib. Alimlər bu siyahını tərtib etmək üçün təxminən iki il vaxt sərf edərək, viruslar və bakteriyalar da daxil olmaqla, 1,6 mindən çox patogen növünü öyrəniblər. Siyahıda patogenlərin də adı salınıb. Belə ki, ən yüksək prioritet patogenlər arasında qlobal COVİD-19 pandemiyasına səbəb olan SARS-CoV-2 də daxil olmaqla koronaviruslar var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin